Suriyada Rus təyyarəsini kim vurub? – MÜƏMMA

Baxış sayı:
5878

Rusiya Müdafiə Nazirliyi, İl-20 model Rus hərbi təyyarəsinin Aralıq dənizi üzərində radardan itdiyini bəyan edib. Təyyarəni öncə Fransanın vurduğu iddia edilmişdi. Fransız hərbi səlahiyyətli “Reuters”-ə hadisə ilə əlaqələrinin olmadığını bildirib.
 
Rusiya Müdafiə Nazirliyi, içində 14 əsgər olan İl-20 model Rus hərbi təyyarənin Aralıq dənizi üzərində radardan çıxdığını bildirərək, "Təyyarə, İsrailə aid 4 F-16 təyyarələrinin Lazkiyəyə hücumu zamanı itdi" açıqlamasını verib.
Nazirlikdən edilən yazılı açıqlamada, içində 14 əsgər olan Rus İl-20 hərbi təyyarənin, Rusiyanın Suriyadakı Hmeymim bazasına qayıdışı zamanı Aralıq dənizi üzərində radardan çıxdığı bildirilib.
 
İSRAİL VƏ FRANSA HÜCUM EDƏRKƏN İTDİ
 
Təyyarənin İsrailə aid dörd F-16 döyüş təyyarəsinin Suriyanın Lazkiyə şəhərinə həyata keçirdiyi hücum zamanı itkin düşdüyü bildirilən açıqlamada, Aralıq dənizində yerləşən Fransaya aid bir freqatdan bölgəyə yönəlik raket hücumu aparıldığının da təsbit edildiyi irəli sürülüb.
Açıqlamada, söz mövzusu təyyarədəki Rus əsgərlərinin aqibətinə dair hələ ki, hər hansı bir məlumatın əldə edilmədiyini bildirilib.
 
“REJİM QÜVVƏLƏRİ SƏHVƏN DÜŞÜRDÜ” İDDİASI
 
İtkin düşən Rus təyyarəsi ilə bağlı diqqət çəkən bir iddia isə Rus təyyarəsinin səhvən vurulması ilə bağlıdır. İddiaya görə, hücumlardan sonra aktiv hala gətirilən rejimə aid hava müdafiə sistemi, Rus təyyarəsini raket kimi qəbul etdiyi üçün vurub. Hər kəsin diqqətini çəkən gəlişmələrdən sonra Rusiya rəhbərliyinin gün içərisində təyyarənin aqibəti və ortaya atılan iddialara cavab verməsi gözlənilir.
Müxalifət.az