Suriyada PKK/PYD-yə QARŞI ÜSYAN

Suriyada terror təşkilatı PKK/PYD-nin zülmünə dözməyərək ayağa qalxan tayfalar, terrorçulara qarşı silahlı mübarizəyə başalayacaqlarını bəyan ediblər.
 
Suriyanın Münbiç rayonunda terror təşkilatı PKK/PYD-nin gəncləri zorla silahlandıraraq onlara qatılmasına məcbur etməsi xalqın böyük təpkisinə yol açıb.
Bölgə xalqı daha çox təzyiq və zorakılığa məruz qalmayacaqlarını söyləyərək, tətil və mitinqlərə başlamışdı. Xəbərə görə, tayfalar yaydıqları son bəyanatda Ərəb mənşəli gənclərin terror təşkilatının sıralarında döyüşməyəcəkləri və tayfaların bu yöndə birlik nümayiş etdirəcəklərini bildiriblər.
Tayfalar eyni zamanda, lazım gələrsə, terror təşkilatı PKK/PYD ilə döyüşəcəklərini bəyan ediblər.
Qeyd edək ki, PKK/PYD işğal etdiyi bölgələrdə yaşayan gənclərin 6 ay məcburi olaraq terror təşkilatına qoşulmasını istəyir. Zorla təşkilata alınan gənclər sonradan başqa bölgələrə aparılıb, münaqişələrə cəlb olunurlar.
Müxalifət.az