Suriyada Müxalif qruplar birləşdi!

Baxış sayı:
2395

Suriyanın şimalında İdlib mərkəzli müxalif qruplar arasında yeni bir birləşmə baş tutub. Daha əvvəldən ayrı birliklər halında fəaliyyət göstərən dörd qrup birləşdiklərini elan edib.
 
Milli Liberallaşdırma Cəbhəsi
 
Milli Liberallaşdırma Cəbhəsi adı altında bir araya gələn qruplar arasında eyni adla əvvəlcədən qurulan Milli Azadlıq Cəbhəsi, Ahraruş Şam-Nureddin Zenki ittifaqı ilə qurulan Təhrir Suriya Cəbhəsi, daha əvvəldən Ahraruş Şam-dan ayrılan Ceyşul Əhrar və Sukuruş Şam var.
Birləşmə dünən axşam saatlarında sosial mediada dərc olunan açıqlama ilə elan edilib.
 
Təxminən 40 min nəfər
 
Yerli mənbələrə görə, qurulan yeni birliyin təxminən sayı 40 min nəfərdir. Ancaq ifadə edilənə görə, bunların hamısı davamlı olaraq hərbi fəaliyyət göstərən ünsürlər deyil, yalnız silah daşıyan və silahlı müxalifət adlandırılan şəxslərdir.
Qrupun lider heyəti də sosial mediada açıqlanıb. Qrupun lideri Fəzlullah Xaçı, şura məclisinin sədri Ceyşun Nəsrdən Suheyb Leyyuş, birinci müavin Sukuruş Şamdan Əhməd Mustafa Sərxan, ikinci müavin Ceyşul Ahrardan Vəlid Haşim əl Meşayil, hərbi lider Inad Dərviş, sözçü isə Naci Mustafa olub.
 
Şimalda müstəqil qruplar azalıb
 
Meydançada son duruma baxanda bütün müxalif qrupların müəyyən çatı altında birləşmiş olduğu görünür. Şimalda artıq iki böyük qrup var, Tahriruş Şam və Milli Liberallaşdırma Cəbhəsi. Bölgədə artıq müstəqil şəkildə fəaliyyət göstərən böyük qruplar isə olduqca azdır. Bunlar arasında ilk olaraq Türküstan İslam Partiyası başda olmaqla, xarici döyüşçülərdən mütəşəkkil qruplar var. Hurras ed Din şimalda hazırda müstəqil fəaliyyət göstərən digər bir qrupdur. Azad Suriya Ordusu ilə əlaqəli qruplardan, Milli birliyə qatılmayan yeganə qrup isə Ceyşul İzzə-dir. Ceyşul İzzə də hazırda heç bir birliyə qoşulmayıb.
Bu birləşmədən sonra meydançada balansların necə dəyişəcəyi maraq mövzusudur. Daha əvvəl bu birləşməni təşkil edən qruplarla Tahriruş Şam arasında gərginliklər yaşandığı məlumdur. Müxalif aktivistlər sosial mediada bu gərginliyin yeni dövrə daşınmasından narahatlığını ifadə edib. Əsəd rejiminin İdlibə təcavüzünün danışıldığı müstəvidə yeni dövrün nə gətirəcəyi bilinmir.
Müxalifət.az