“Suriyada müharibə başa çatdı” - RUSİYADAN AÇIQLAMA

Baxış sayı:
13077

Suriyada müharibə həqiqətən bitdi.

Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində bildirib.

“Ölkə getdikcə normal, dinc həyata qayıdır. Ayrı-ayrı gərginlik ocaqları yalnız Suriya hökumətinin nəzarətində olmayana İdlib və Fərat çayının şərq sahili kimi ərazilərdə qalır", - nazir qeyd edib.

Lavrovun sözlərinə görə, belə şəraitdə Suriyaya humanitar yardım göstərmək və "bu ölkədə, bütövlükdə Yaxın Şərq regionunda etibarlı və uzunmüddətli sabitliyə nail olmaq naminə böhranın həlli üçün siyasi prosesin irəliləməsi" vəzifələri ön plana çıxır.

Qeyd edək ki, Suriyada silahlı konflikt 2011-ci ilin əvvəlində hakimiyyət əleyhinə etiraz aksiyalarının silahlı toqquşmalara keçməsi ilə başlayıb. Vətəndaş müharibəsinin gedişatında müxalifət və terrorçu qruplar qarşısında ağır məğlubiyyətlər yaşayan ölkə prezidenti Bəşər Əsəd 2015-ci ilin avqustunda hərbi kömək üçün Rusiyaya müraciət edib. 2015-ci il sentyabrın 30-dan Rusiya Yaxın Şərq ölkəsində əməliyyatlara başlayaraq, Əsədin rəqiblərinə ağır zərbələr endirir.

2017-ci ilin sonunda İŞİD terror qruplaşmasının üzərində qələbə elan edilib./publika