Suriyada maşın partladıldı - 2 TÜRK ZABİTİ HƏLAK OLDU, 13 YARALI VAR

Baxış sayı:
570

Suriyanın şimal sərhədindəki Təl-Əbyad şəhərində, Azad Suriya Ordusunun (ASO) qərargahı qarşısında avtomobilin partladılması nəticəsində 6 hərbçi ölüb, 13 nəfər yaralanıb.

“Sputnik” xəbər verir ki, hadisədə ölənlər arasında iki nəfər türk zabiti və dörd nəfər ASO üzvü var.

Qeyd edək ki, hadisənin baş verdiyi Təl-Əbyad şəhəri Türkiyənin oktyabr ayında başladığı “Barış pınarı” adlı antiterror əməliyyatı bölgəsində yerləşir.