​Suriyada marksist dövlət qurmaq istəyirlər - Türk səfirdən ŞOK AÇIQLAMA

Baxış sayı:
5821

"PYD/YPG-ni ABŞ-ın dostu adlandırırlar. Halbuki, onlar ABŞ-ın dostu deyil”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç Amerikanın PBS kanalına müsahibəsində deyib.
Türkiyənin “Sülh çeşməsi” hərəkatı ətrafındakı müzakirələrlə bağlı danışan səfir bildirib ki, bu terrorçular ABŞ-ın dəstəyini Suriyada marksist dövlət qurmaq üçün istifadə edən qrupdur: “Bizim isə əsas məqsədimiz Suriyanın ərazi bütövlüyü və siyasi birliyini təmin etməkdir. Vaşinqtonda “suriyalı kürdlər və “YPG/PKK” ünsürləri ilə bağlı ciddi fikir çaşqınlığı var. PKK/YPG bölgədə yaşayan bütün kürdləri təmsil etmir. Bizim üçün PYD/YPG bir təhdiddir. Suriyanın şimalındakı əməliyyatımız İŞİD-lı mübarizəyə zidd deyil. Biz PKK-ya görə 40 min insanımızı itirdik”.
Səfir qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyi məsələsində olduqca həssas davranır.