Suriyada kürdlər ən iri neft yatağını nəzarət altına alıblar

Əl-Ömər yatağı əvvəl İŞİD-in nəzarəti altında olub
 
"Suriya Demokratik Qüvvələri" qruplaşmasının (SDQ) ərəb-kürd birləşmələri Suriyanın Deyr-əz-Zor əyalətində yerləşən Əl-Ömər iri neft yatağını nəzarətə götürüb.
“Report” xəbər verir ki, bu barədə SDQ-nin mətbuat xidmətinin məlumatında bildirilir.
Əl-Ömər Suriyanın iri neft yataqlarından biridir. O, bundan əvvəl İŞİD terror təşkilatının nəzarəti altında idi. Qruplaşma bu yataqdan əldə olunan neft satışı hesabına çox işlər görüb.