​​Suriyada İŞİD-in son qalasına hücum başladı

Suriya ordusu ölkə ərazisində İŞİD terror təşkilatının əlində olan son şəhərin tutulması üçün əməliyyata başlayıb.
“Röyters” xəbər verir ki, şəhər mühasirəyə alınıb.
Əməliyyatda Suriya ordusu ilə yanaşı, “Hizbullah” şiə qruplaşması iştirak edir. Abu Kamal Rakkanın azad olunmasından sonra (17 oktyabr) İŞİD-in Suriya ərazisində son qalası hesab olunur.