"Suriyada İranın ruhu belə qalmayacaq" - İSRAİL XİN

İsrail Suriyadakı situasiyaya müdaxilə etmək fikrində deyil.
Muxalifet.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman söyləyib. O, İranın Suriyanın cənubunda güclənməsinə heç vaxt imkan verməyəcəyini bildirib:
“İran bu gün bütün Suriyanı İsrailə qarşı plasdarma çevirir. Biz bununla barışmayacağıq. Ona görə də çalışırıq ki, İranın orada ruhu belə olmasın”.