​Suriyada İran S-300-ləri idarə edəcək? - Tehrandan cavab

Baxış sayı:
187

Rusiyanın Suriyaya yerləşdirdiyi S-300 hava müdafiə sistemlərinin İran əsgərlərinin səlahiyyətində olacağı barədə iddialar əsassızdır.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə İran İnqilab Mühafizəçilərinin komandiri İsmayıl Kövsəri çıxış edib.
"İsrail mediası tamamilə yalan məlumat yayır. Suriya ordusu S-300 sistemlərini istifadə etmək üçün lazımi bacarıq və imkanlara malikdir. Suriyanın bu sistemlərdən istifadə etmək üçün başqalarının köməyinə ehtiyacı yoxdur", - Kövsəri qeyd edib.