Suriyada əhalinin bombardımanı üçün DARIXAN İRANLI JURNALİST

Baxış sayı:
3445

İranlı bir müxbir, dünən Dumada həyata keçirilən hücumdan əvvəl qalmaqal ifadələr işlədib. Müxbir, bombardıman səslərini eşidərkən “bu səs üçün çox darıxdığını” söyləyib.
 
Suriyanın Duma bölgəsində kimyəvi silah hücumu nəticəsində qadınlar və uşaqların da aralarında olduğu çoxsaylı insanların ölümü səbəbiylə bütün dünyadan təpkilər yağarkən, İranlı “Əl Alam” televiziyasının müxbiri Hüseyn Mürtəzanın qalmaqal ifadələri ortaya çıxıb.
 
İRANLI MÜXBİRİN HÜCUM MƏMNUNİYYƏTİ
 
Dumada hücumların başlamasından məmnun olduğunu deyən İranlı müxbir, kimyəvi hücum ərəfəsində yayımladığı görüntüdə Dumanın "işğal və kimyəvi silahlarla bombardman edilməsindən daha artığını görəcəyini" deyib.
 
BOMBARDMAN SƏSİNDƏN DARIXMAQ
 
Müxbir, hücumların davam edəcəyini və Dumadan çıxmaq üçün heç bir yolun qalmayacağını da əlavə edib. İnsanlıqdan nəsibini almamış mətbuat mənsubu, bombardman səsi üçün darıxdığını dilə gətirərək hücumun ardından quru hərəkatının başlayacağını deyib və "Bu gün böyük bir hadisə olacaq" deyə, sanki əvvəlcədən proqnoz verirmiş kimi davranıb.
Müxalifət.az