Suriyada Fəratın şərqinə “Qamışlı modeli”

Baxış sayı:
5440

Tramp ilə Putinin "Böyük Suriya” planının əsas prinsipləri üzərində razılaşdıqları Helsinki sammitindən sonra, bu planın əsas hissəslərindən biri olan şimali Suriyada Kürdlərlə bağlı addımın nə olacağı Vaşinqton-Moskva xəttində sıx danışılmağa başlanıb.
 
Vaşinqtonda son zamanlar Fəratın şərqi ilə bağlı getdikcə daha çox "Qamışlı modeli” anlayışı səsləndirilir. Bu nə anlama gəlir, bu haqda  növbəti sətirlərdə yazılacaq.
Əlbəttə, hər şey prezident Ərdoğanın Putinlə söhbətindən sonra keçiriləcək ikinci Tramp-Putin zirvə görüşündə aydınlaşmağa başlayacaq, amma şimali Suriya ilə bağlı danışıqların vəziyyəti hazırda aşağıdakı kimidir.
 
Necə bir muxtariyyat olacaq?
 
Fəratın şimalındakı muxtar Kürd formalaşması modeli əsasən Rusiyanın hazırladığı bir plandır. Bunu qələmə alan da, planı Vaşinqton da şəxsən təqdim edib, müzakirə edən də Purtinin Yaxın Şərq müşaviri və Kürd mütəxəssisi Vitaly Naumkindir.
Moskva fevral ayından bu yana aparılan gərgin danışıqlar nəticəsində, bu modeli Vaşinqtona da sonunda qəbul etdirib.
Bu plana görə Fəratın şərqində Kürdlərə, Suriya mərkəzi rejimindən qopmamaq şərtilə məhdud bir muxtariyyət veriləcək. Ruslar buna “Şimali İraq” modeli deyirlər və Amerika ilə bu mövzuda keçirilən görüşlərdə də bu anlayışı istifadə etdilər.
Bu qurum rəsmən Suriya dövləti içində yer alacaq, ancaq regional siyasi qərarları ala, mədəni və iqtisadiyyat mövzularında qismən muxtariyyəti olacaq.
 
Qamışlı modeli
 
Vaşinqton-Moskva xəttində bu plan çərçivəsində ən çox danışılan mövzu, bu planın Türkiyənin təpkisini minimuma endirərək necə tətbiq olunacağıdır.
Bu istiqamətdə Vaşinqtonda son günlər bir "Qamışlı modeli” anlayışından bəhs edilməyə başlanıb.
Belə ki, Kürdlər, Qamışlıda olduğu kimi, bölgənin idarəçiliyini rejimlə bölüşəcək, amma rejim qüvvələri də regiona daxil olmayacaq. Rejim qüvvələri bölgənin sərhədində olacaqlar.
Vaşinqtonda bu model çərçivəsində yerləşəcək Əsəd rejimi güclərinin simvolik səviyyədə ola biləcəyini qəbul edirlər, amma bunların arxasında Rusiyanın da müşahidəçi kimi gücü olacaqdır ki, bu da işin güc baxımından mahiyyətini dəyişir.
Yəni Kürd muxtariyyət yaranarsa, bunun Türkiyəyə təhdid yaratmasının əsasında dlayısı ilə Rusiya dayanacaq.
 Müxalifət.az