Suriyada doğulan dördəmə Rəcəb, Tayyib, Ərdoğan və Əminə adları qoyuldu

Baxış sayı:
2262

Suriyanın Afrin şəhərində bir ailədə dördəm dünyaya gəlib.

“Report” xəbər verir ki, uşaqlara Rəcəb, Tayyib, Ərdoğan və Əminə adları qoyulub.

“Rəcəb Tayyib Ərdoğan hamımızın evə dönüş ümididir. Biz ona güvənirik və övladlarımı kəndimdə, evimdə böyütmək istədiyimə görə hörmətli Ərdoğan və xanımı Əminənin adını uşaqlarıma verdim”, - dördəmin atası açıqlayıb.

Qeyd edək ki, dördəmlərin ailəsi hazırda qızğın döyüşlərin getdiyi Serakib şəhərindən bir müddət öncə Afrinə köçüb.