​Suriyada dəhşətli qətliam: 190 NƏFƏR ÖLDÜ

Baxış sayı:
3583

Suriyanın Şərqi Quta şəhərində qətliam davam edir.
Muxalifət.az xəbər verir ki, Suriya İnsan Haqları Təşkilatı bu gün baş verən hücumlarda 45 nəfər həlak olduğunu açıqlayıb.
Təşkilat bazar günündən etibarən baş verən hücumlarda 190 nəfərin öldüyünü, 850 nəfərin yaralandığını bildirib.
Müxaliflərin nəzarətində olan Şərqi Qutada təxminən 400 dinc sakin yaşayır. Bu bölgə Astana razılaşmalarında gərginliyi azaltma bölgəsi elan edilmişdi. Lakin Əsəd rejimi keçən ildən etibarən bölgəyə blokada tətbiq etməyə başlamış və son aylarda hücumlarını şiddətləndirmişdi.
Humanitar böhranın dərinləşdiyi bölgələrdə minlərlə insan təcili təxliyə edilməyi gözləyir. Bunların bir çoxu uşaq və xərçəng xəstələridir./Publika/