​Suriyada beynəlxalq konfrans keçiriləcək

Baxış sayı:
3043

Suriyada mühacirlərlə bağlı beynəlxalq konfrans keçiriləcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin Milli Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev bildirib.
"Suriya Prezidenti Bəşər Əsəd ölkəsində mühacirlərlə bağlı beynəlxalq konfransın keçirilməsi təşəbbüsünü tamamilə müsbət qəbul edib və konkret tədbirlərin hazırlanması üçün nümayəndələrini təyin edib. Forumun keçiriləcəyi yer və tarix isə hələ bilinmir", - Mizintsev söyləyib.