Suriyada benzin böhranı

Baxış sayı:
5611

Suriyadakı Bəşər Əsəd rejiminin nəzarətində olan bölgələrdə benzin böhranı başlayıb. YPG / PKK terror təşkilatının ölkənin neft yataqlarının 70 faizinə nəzarət etməsi böhranın əsas səbəblərindən biridir.
 
Vətəndaş müharibəsindən əvvəl öz neftini emal edərək yanacaq ehtiyacını ödəyə bilən Suriyada, Əsəd rejimi son zamanlarda bu sahədə bir böhran yaşayır.
Rejim ilə terror təşkilatı arasındakı neft ticarəti aparısa da, lakin neft emal edən rafineriler müharibə nəticəsində məhv olduğu üçün yanacaq emalında problemlər yaşanır.
Şam, Hələb, Latakiya və Tartus bölgələrindəki mənbələrdən alınan məlumatlara görə, benzin stansiyaları qarşısında yüzlərlə avtomobil növbələri meydana gəlir.
Şəhər mərkəzində nəqliyyatın hərəkəti bağlanarkən, avtomobil sahibləri də növbə ilə səhərə qədər gözləməli olurlar.
Rejimin vatandaşlara müəyyən bir miqdarda benzin doldurma kartı payladığı bildirilir.
Rejimin müəyyən etdiyi qaydaya görə, şəxsi avtomobillərə 5 gündən bir 20 litr, ticarət avtomobillərinə isə hər 48 saatda cəmi 20 litr benzin satıla bilər.
Rejimin lazımi addımları atmadığını düşünən insanlar böhranın davam edəcəyindən narahatdır.
 
İnflyasiya artdı
 
Təhcizat çatışmamazlığına əlavə olaraq vətəndaş müharibəsi xərcləri inflyasiyaya səbəb olub və bu da benzinin qiymətinin artmasını tətikləyib.
Rejim bölgələrində vəzifəli məmurların maaşları 40 min Suriya lirasıdır (400 Türk lirası).
Mənbələr deyirlər ki, yanacaq böhranı bu şəkildə davam edərsə, rejimlərdə çox sayda çörək bişirmə sexləri dayanacaq.
Müxalifət.az