​Suriyada atəşkəs rejimi qüvvəyə mindi

Suriyada yerli vaxtla saat 00:00-da atəşkəs rejimi qüvvəyə minib.
Trend-in verdiyi xəbər görə, Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri arasında əldə edilmiş razılaşmaya uyğun olaraq, Qurban bayramı ilə əlaqədar 48 saatlıq atəşkəs elan edilib.
Atəşkəs rejiminin daha uzun müddətə uzadılacağı gözlənilir.