Suriyada 5 türk hərbçisi həlak oldu

Baxış sayı:
1813

Suriyanın sərhədində yerləşən Cerablus şəhərindəki Baldak keçid məntəqəsində 5 türk əsgəri öldü, daha on iki nəfər yaralandı. Muxalifet.az bildirir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb. Hadisə türk hərbi karvanı Baldak keçid məntəqəsindən keçərkən partlayıcı yüklənmiş avtomobilin partlayışı zaman baş verib. Partlayıcı maddə olan avtomobil qəza bəhanəsi ilə buraxılış məntəqəsinin yaxınlığında dayandı. Bütün zərərçəkənlər Türkiyədəki xəstəxanaya təxliyə edildi. Xatırladaq ki, dekabrın 2-də üç Rusiya hərbçisi Suriyanın Kobani şəhərinin yaxınlığında kustar üsulla düzəldilmiş qurğunun partlaması nəticəsində yüngül xəsarətlər almışdı. Partlayış Rusiya hərbi polisinin zirehli maşınının gediş yolunda baş verib. Muxalifet.az