Suriyada 20 nəfəri edam edən İŞİD üzvü saxlanılıb

Baxış sayı:
5122

Macarıstan hökuməti ilkin ehtimallara görə, Suriyada insanların başını kəsən şəxsi yaxalayıb.
Muxalifet.az RİA "Novosti"yə istinadən xəbər verir ki, saxlanılan şəxsin adı açıqlanmır, lakin, əldə edilən məlumatlara görə, o, 2016-cı ildə 20-yə yaxın şəxsin edamında iştirak edib.
Bildirilir ki, ölənlər İŞİD terror qruplaşmasına qoşulmaqdan imtina edən Homs şəhər sakinləri olublar.