​Suriyada 2 min nəfərə qədər ABŞ hərbçisi var - Onların bu ölkədəki varlığı qanunsuzdur

Muxalifət.az xəbər verir ki, CNN televiziyasının amerikalı məmurlara istinad elədiyi xəbərdə Suriyadakı ABŞ hərbçilərinin saynın 2 min nəfərə çatdığı və bu şəxslərin əksəriyyətinin xüsusi təyinatlı qüvvələrə mənsub  olduğu bildirilir.
CNN televiziyasının xəbərində deyilir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) çox yaxınlarda Suriyadakı hərbçilərin sayı ilə bağlı açıqlama verəcəkdir. Bundan əvvəl ABŞ müdafiə naziri Ceyms Mattis hərbçilərin sayını rəsmən açıqlamağa hazırlaşdığını bildirmişdi.
Pentaqonun bundan əvvəlki açıqlamasında Suriyada ABŞ-ın dəstəklədiyi yerli qüvvələrin təlimi ilə məşğul olan, lakin terrorçularla döyüşməyən bir neçə yüz amerikalı hərbçinin olduğu bildirilmişdi.
Qeyd edək ki, ABŞ hərbçiləri Suriya iqtidarının icazəsi olmadan bu ölkənin torpaqlarında yerləşiblər.