​Suriya zirvədə iştirak edəcəkmi? - Zakidən açıqlama

Baxış sayı:
124

Ərəb Birliyi Livanda keçiriləcək görüşdə Suriyanın Tunisdəki zirvəyə dəvət edilməsi məsələsini müzakirə etməyəcək.
Muxalifet.az xəbər verir ki, bunu Ərəb Birliyinin baş katibin müavini Hüsam Zaki deyib. O, Livandakı zirvənin yanvar ayının sonlarında keçiriləcəyini bildirib.
Bundan əlavə, Ərəb Birliyi Suriyanın təşkilata yenidən üzv olması üçün işlər görülməsi ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, bundan əvvəl Suriya Prezidenti Bəşər Əsədin 19-20 yanvarda keçiriləcək Ərəb Birliyi İqtisadi Zirvəsinə qatılması məsələsi müzakirə edilib. Ərəb diplomatlardan biri isə açıqlamasında birliyin Suriyanın təşkilatdakı üzvlüyünün bərpa edilməsi üçün qanun layihəsi hazırlandığını, layihənin yanvarın sonlarında Livanda keçiriləcək zirvədə müzakirəyə çıxarılacağını söyləyib.