​Suriya və Rusiya İdlibdə əməliyyatlara başlayıb?

Baxış sayı:
193

Rusiya, Türkiyə və İran İdlibdə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Rakkada davrandığı kimi davranmayacaq. Rakkada humanitar koridor qurulmamışdı.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıb.
“Yerli ünsürləri razılaşmaya təşviq edəcəyik. İdlibdə humanitar koridor yaradılacaq”, - Lavrov bildirib.
Bundan əlavə Lavrov qeyd edib ki, Suriya ordusunun Rusiya dəstəyi ilə İdlibdə əməliyyatlara başlaması haqda yayılan xəbərlər həqiqəti əks etdirmir:
“İdlibdə baş tutan əməliyyatlar yalnız terrorçuların provokativ əməllərinə qarşı görülən tədbirlərdir”.