Suriya və İraqda insanlara qan udduran İŞİD üzvləri indi haradadır? - TERRORÇULARIN SAXLANILDIĞI YERDƏN ŞOK GÖRÜNTÜLƏR

Baxış sayı:
2455

Dopdolu həbsxanalarda saxlanılan terrorçuların pasportları arasında Rusiya, Səudiyə Ərəbistanı, Çernoqoriya, Bosniya-Hersoqovina vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqələri var. “Röyters” agentliyinə müsahibə verənlərdən biri amerikalı, digəri isə belçikalıdır.

Bir müddət Suriya ilə İraqın yarısından çoxunu nəzarətdə saxladılar, həyata keçirdikləri qətliamlarla bütün dünyanın canına qorxu saldılar. 2017-ci ilin oktyabrında başladılan əməliyyatdan doqquz ay sonra onların sonu gəlib.

Xəlifəlik elan elədikləri Mosulu itirən, Suriyada Türkiyənin Fərat qalxanı əməliyyatı ilə torpaq itirməyə başlayan İŞİD terror təşkilatı axırda iki ölkədə də məğlub edildi.

2019-cu ildə ABŞ xüsusi təyinatlıları İŞİD terror təşkilatının lideri Əbubəkr əl Bağdadinin İdlib yaxınlığında taparaq məhv etdilər.

Danimarkadan Rusiyaya, Özbəkistandan ABŞ-a, İngiltərədən Filippin adalarına qədər bir çox ölkədən gələn yaraqlı terror təşkilatına qoşulmaq üçün Suriya və İraqda toplaşmışdı.

İŞİD məğlub olandan sonra çoxları ölkələrinə qayıda bilmədilər. Qərb ölkələri də terrorçuların harada mühakimə ediləcəyi məsələsində razılaşa bilmədilər.

Qatil ordusunun bir çox üzvü indi başqa bir terror təşkilatının – YPG-nin nəzarəti altındakı bölgədə bir həbsxanda saxlanılır.

“Röyters”in məşhur fotomüxbiri Qoran Tomaşeviç Suriyanın şimalındakı həbsxanaya daxil olaraq, yüzlərlə İŞİD üzvünün fotosunu çəkib. Bəzi otaqlar o qədər doludur ki, addım atmağa yer yoxdur.

Kamışlı yaxınlığındakı həbsxanada “Röyters”ə müsahibə verən Mahmud Məhəmməd deyib: “Taleyimizi bilmək istəyirik. Ailəmizdən xəbərimiz yoxdur. Suriyada, ya da başqa bir yerdə öləcəyikmi, yaşayacağıqmı, heç onu da bilmirik”.

“Röyters” əməkdaşları ilə danışan doqquz terrorçudan yeddisi suriyalı və iraqlıdır, biri amerikalı, digəri isə belçikalıdır. Əbdürrəhman Mustafa adlı rakkalı özünü “İŞİD-də mülki şəxs kimi xidmət elədim” sözləri ilə təmizə çıxarmağa çalışır.

Mustafa deyib: “İki il həbs cəzam var. Evliyəm və iki uşağım var. Ailəm indi Rakkadadır və məni görməyə gəlirlər”.

Həbsxanın yaxınlığında qadınlarla uşaqların saxlanıldığı düşərgələr var. Çadırlarda BMT loqosu diqqəti cəlb edir.

2014-cü ilin iyun ayında İraqın ən böyük ikinci şəhəri Moculda xilafət elan edən İŞİD terror təşkilatı minlərlə insanı edam etməsini və onlara işgəncə verməsini sosial mediada nümayiş etdirmişdi.

Hurriyyet.org