Suriya üçün kritik həftə

Baxış sayı:
7498

 Bu həftə Suriya üçün kritik əhəmiyyətə malikdir. ABŞ-ın Suriyadan qoşunlarını çəkmə qərarından sonra prezidenti Rəcəb Tayyib Ərdoğan 23 yanvarda Rusiyada prezident Vladimir Putinlə görüşəcək.
 
Görüş regionda atılacaq addımlar barədə böyük əhəmiyyət daşıyır. Fəratın şərqində varlıq göstərən terror təşkilatları PYD və İŞİD-la mübarizə də görüşdə müzakirə olunacaq. Türkiyə sərhədində təhlükəsiz zona yaratmaq fikri də Putinlə müzakirə olunacaq. Terror təşkilatları ilə mübarizədə qətiyyətin bir daha təkrarlanacağı görüşdə, sərhədlərin qorunması üçün hər bir addımın atılacağı vurğulanacaq.
 
İDLİB VƏ HTŞ MASADA
 
 İki liderin müzakirə edəcəyi digər bir məsələ isə İdlibdir. Soçi anlaşması çərçivəsində İdlibdə müxalif qruplar ilə rejim arasında yaradılan təhlükəsiz bölgəyə yönəlik pozuntu və təhdidlər ətraflı şəkildə müzakirə ediləcək. Görüşdə, son dövrdə terror təşkilatı HTŞ ilə regiondakı digər müxalif qruplar arasında baş verən qarşıdurmalar qiymətləndiriləcək.
Müxalifət.az