​Suriya sammitdən imtina etdi: Səhvlərinizi düzəldin!

Baxış sayı:
22201

Suriya Ərəb Ölkələri Liqasının Beyrutdakı iqtisadi sammitinə dəvət edilsə də, burada iştirakdan imtina edib.
Muxalifet.az xəbər verir ki, bunu “Əl Mayaden” televiziyasına müsahibəsində Suriyanın Livandakı səfiri Əli Əbdülkərim Əli deyib.
“Biz Livan Prezident Administrasiyasından iqtisadi sammitdə iştirak üçün dəvət almışıq. Lakin bu sammitdə iştirakdan imtina edirik. Ərəb Ölkələri Liqası Dəməşqə qarşı münasibətlərdə yol verdiyi səhvləri düzəltməyib” – deyə o bildirib.