Suriya Rusiyanın test sahəsinə döndü

Baxış sayı:
2326

 Rusiya Suriyada 2015-ci ildə başladığı hərbi əməliyyatlar sayəsində yeni istehsal etdiyi silahları test etməklə bərabər, əsgərlərinə də döyüş təcrübəsi qazandırdı.
 
Qeyd edək ki, Rusiya, Suriyadakı əməliyyatlarına terror təşkilatı İŞİD ilə mübarizə səbəbilə 30 sentyabr 2015-də başlayıb.
 Rusiya Müdafiə Nazirliyinin məlumatlarına görə, Lazkiyə bölgəsində yerləşən Hımeymim Rus hərbi hava bazasından aparılan əməliyyatlara 12 Su-24, 10 Su-25 SM, 4 Su-30 SM, 4 Su-34, 2 Su-25, 1 An-30, 1 İl-20 olmaqla, cəmi 34 Rus döyüş təyyarəsi və 12-si Mi-24 və 4-ü də Mi-8 tipli helikopter olmaqla, 16 Rus vertolyotu dəal döyüş əməliyyatlarında iştirak edib.
Suriyadakı əməliyyatlara 434-ü general, 25738-i zabit olmaqla, toplam 63012 Rus əsgəri iştirak edib. Əməliyyatlarda iştirak edən hərbi qulluqçular döyüş təcrübəsini artıraraq Rusiyaya qayıdıb.
 
Suriya test sahəsi oldu
 
Suriya, Rusiyanın yeni silahlarını test etdiyi ərazi halına döndü. Ruslar, bölgədəki əməliyyatlar ərzində 231 müxtəlif növdə yeni və ya modernləşdirilmiş silahlar istifadə etdi.
Putin, 8 iyunda canlı efirdə xalqın qarşısına çıxaraq, Suriyada Rusiyanın yeni silahlarının test edildiyini və Rus ordusunun döyüş təcrübəsi qazandığını etiraf edib. Putin, "Müharibə meydanında silahlı qüvvələrimizi istifadə etmək misilsiz bir təcrübədir, silahlı qüvvələrimizi inkişaf etdirmək üçün misilsiz bir vasitədir. Heç bir təlim, qarşıdurma şəraitində gücdən istifadə ilə müqayisə oluna bilməz" deyib.
Tu-160 strateji bombardman təyyarəsi Sovetlər Birliyi dövründə 1987-də istehsal olunsa da, ilk döyüş vəzifəsini Suriyada yerinə yetirib. Bu döyüş təyyarəsi ilə uzun mənzilli havadan quruya strateji naviqasiya raketi X-101 ilk dəfə regionda istifadə edilib.
Rusiya yeni optik və elektron sistemlərlə təchiz edilmiş məşhur T-90 tankları fəal olaraq Suriyanın müxtəlif bölgələrində əməliyyatlara qatıldı.
Beşinci nəsil döyüş təyyarəsi Su-57 ilə modernləşdirilən Su-35 qırıcı təyyarəsi, Mi-28h döyüş vertolyotu, qısa və orta mənzilli qurudan havaya raket və zenit artilleriya sistemi Pantsir-S Rusiyanın Suriyada test etdiyi silahlar arasında yerləşir.
Rus hava qüvvələrinə məxsus təyyarələr, əməliyyatlar boyunca 39 mindən çox uçuş həyata keçirib.
Rus dəniz qüvvələrinə məxsus döyüş gəmiləri isə əməliyyatlarda 189 dəfə iştirak edib. Rus Admiral Kuznetsov təyyarə gəmisindən Suriyada aparılan əməliyyatlarda 420 uçuş həyata keçirib, insansız hava aparatları isə 25 min dəfə havalanıb.
Müxalifət.az