Suriya rəsmi mətbuatı: “ABŞ-ın rəhbərlik elədiyi koalisiya Suriyada, şəhər bazarı ərazisinə kimyəvi silahla hücum etdi”

Baxış sayı:
4432

Qadağan edilmiş ağ fosfor... qətlə yetirilmiş uşaqlar...

Suriyanın dövlət informasiya agentliyi olan SANA ABŞ-ın rəhbəri olduğu İŞİD-ə qarşı koalisiyanın Suriyanın Deyr əz Zor əyalətində yerləşən Hacin şəhərinə hücum zamanı beynəlxalq konvensiya ilə qadağan edilmiş ağ fosfordan təkrarən istifadə elədiyi barəsində məlumat verib.

Zərbə Yeni bazar ərazisinə endirilib. Qurbanlar və yaralılar barəsində hələlik məlumat verilmir.

Həmçinin, koalisiya neft yataqları ilə zəngin Deyr əz Zor əyalətinin Şaafa kəndinə də hücum edib. Üş uşaq həlak olub.

13 və 29 oktyabr tarixlərdində də koalisiya analoji zərbələr endirib. Suriya hakimiyyəti BMT-ni günahkarlara qarşı tədbirlər görməyə və koalisiya qoşunlarının Səudiyyə Ərəbistanı ərazisindəki qanunsuz varlığına son qoymağa çağırıb. Pentaqon nümayəndəsi isə ötən dəfəki kimi bəyan edib ki, Suriyada hansı silahlardan istifadə elədiklərini açıqlamayacaq, lakin onlar beynəlxalq tələblərə uyğun gəlirlər.

ABŞ və onun müttəfiqləri 2014-cü ildən bəri İŞİD bəhanəsi ilə Suriya və İraqda əməliyyatlar aparırlar. Suriyanın rəsmi hökuməti isə bu qüvvələrə ölkəyə daxil olmağa icazə verməyib.

Fosfor bombaları kütləvi qırğın silahları hesab edilir. 1949-cu il Cenevrə konvensiyasına əlavə edilmiş protokol ilə onlardan istifadə qadağan edilib. Bu cür silahlardan istifadə yanğın törədilməsinə səbəb olur. Bundan savayı, alov zəhərli qazlar törədir ki, bu qazlar da ölümə səbəb olur.