​Suriya qoşunu Deyr-əz-Zorda əməliyyat keçirib — Dinc sakinlər qırılıb

Suriyanın Deyr-əz-Zor əyalətinə İŞİD terror təşkilatına qarşı əməliyyatlar davam edir.
Muxalifet.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib. Onun sözlərinə görə, əməliyyatlar Suriya ordusu tərəfindən keçirilir. Əməliyyatlara birləşmiş qüvvələr dəstək verir.
Stefan Cüjarrik onu da əlavə edib ki, keçirilən əməliyyat zamanı dinc sakinlər də həlak olublar. Ümumilikdə 25 nəfərdən çox insanın öldüyü bildirilib.
“Humanitar təşkiatların məlumatına əsasən, ölənlərin və yaralananların əksəriyyətinin qadın və uşaq olduğu bildirilir”, - deyə S.Cüjarrik vurğulayıb.