​ Suriya qaçqınları Türkiyəni tərk edir – 300 MİN NƏFƏR EVİNƏ QAYIDIB

Baxış sayı:
7123

Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəd rayonlarda keçirdiyi antiterror əməliyyatlarından sonra 300 mindən çox suriyalı qaçqın evlərinə qayıdıb.
“Anadolu” agentliyi xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin miqrasiya idarəsinin rəisi Aydın Kəskin Kadıoğlu Şanlıurfada bu münasibətlə keçirilən tədbirdə bildirib ki, indiyədək 313,213 suriyalı qaçqın könüllü surətdə öz evlərinə qayıdıb. Onun sözlərinə görə, Türkiyə ordusunun apardığı iki uğurlu antiterror əməliyyatlarından sonra ərazidə təhlükəsiz zona yaradılması insanları doğma yurdlarına dönməyə həvəsləndirib.
Miqrasiya idarəsinin daha bir təmsilçisi Gokçə Ok isə bildirib ki, hazırda Türkiyədə 192 millətdən olan 4,7 milyon əcnəbi yaşayır. O əlavə edib: "Sülhə nail olduqdan sonra suriyalıların evlərinə qayıtması bizi sevindirir, lakin burada qalmaq istəyən dostlarımız üçün də hər bir şərait yaradacağıq”.
Qeyd olunub ki, təkcə Şanlıurfa vilayətində 500 minə yaxın suriyalı qaçqın var.