​Suriya probleminin həlli: RUSİYA İLƏ SAVAŞ...

Baxış sayı:
2587

Suriya problemini diplomatik və siyasi yolla həll etmək lazımdır.
Muxalifət.az xəbər verir ki, bunu RTBF televiziyasına müsahibəsində Belçika Xarici İşlər naziri Didye Reynders söyləyib. Onun sözlərinə görə, Bəşər Əsəd və ruslarla Qərbdə heç kim müharibəyə getmək fikrində deyil:
“Əgər diplomatik və siyasi həll olmasa, bunun alternativi hərbi yoldur. Kim bu gün Bəşər Əsəd və Rusiya ilə açıq konflikt istəyir? Məncə siyasi həlli tapmalıyıq”.