Suriya prezidenti Bağdadinin öldürüldüyünə inanmır

Baxış sayı:
5738

Suriya Prezidenti Bəşər Əsəd “İslam Dövləti”nin lideri Əbu Bəkr əl-Bağdadinin sağ ola biləcəyini etiraf edib.
V
irtualaz.org bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.
B.Əsəd bildirib ki, ABŞ terrorçunun ölümünə dair qəti sübut təqdim etməyib. Bundan əlavə, Dəməşq bu məsələ ilə bağlı Vaşinqtonla əlaqə yaratmayıb.
Xatırladaq ki, oktyabrın 31-də Əl-Bağdadinin ölümünü İŞİD özü də təsdiqlədi. Sonra Əbu İbrahim əl-Haşimi əl-Kuraşinin yaraqlıların yeni lideri olduğu açıqlandı.