Suriya ordusu: Sonuncu İŞİD-çilər məhv edildi

Suriya ordusu və koalisiya qüvvələri Suriyanın Əbu Kamal şəhərinə girən İŞİD yaraqlılarını məhv edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Suriya ordusunun komandirlərindən biri məlumat yayıb. O bildirib ki, bununla da Əbu Kamala girən son İŞİD-çilər zərərsizləşdirilib. Hazırda bölgənin partlayıcılardan, minalardan təmizlənməsi prosesi həyata keçirilir.
Qeyd edək ki, Suriya ordusu Əbu Kamalı noyabrın 9-u azad etdiklərini, bununla da İŞİD-in Suriyadakı son müdafiə qalasını məhv etdiklərini açıqlamışdı.