Suriya ordusu nəzarəti artırmağa çalışır - Akar

Baxış sayı:
14929

Suriya rejimi "Astana razılaşması"na zidd şəkildə İdlibin cənubunda nəzarət dairəsini genişləndirməyə çalışır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bildirib.
"Türkiyə regionda təhlükəsizliyi təmin etmək üçün Rusiya ilə birlikdə əlindən gələni etməyə davam edir. Suriya ordusu 6 maydan etibarən quru əməliyyatları ilə nəzarət dairəsini genişləndirməyə çalışır. Bu durum regionda itkilərə, bölgə xalqlarının həyat şəraitini çətinləşdirir. Həmçinin bu hücumlar müşahidə məntəqələrimizin təhlükəsizliyi üçün də risk yaradır", - Akar deyib.