​Suriya ordusu Mayadinə girdi

Suriya ordusu İŞİD-lə uzun müddətli silahlı atışmalardan sonra Deyr əz-Zorun şərqində yerləşən Mayadin bölgəsinə daxil olmağı bacarıb.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, hökumət qüvvələri İŞİD-çilərə aid silah anbarlarını və dislokasiya mərkəzlərini partladıb.
Qeyd edək ki, terrorçular uzun müddət İraqla sərhəddə yerləşən Əbu Kamal şəhərindən Mayadinə silah-sursat idxal edirdi.
Mayadin 2014-cü ildən bəri İŞİD-in nəzarətində idi.