Suriya ordusu İŞİD-in ölkədəki son dayaq nöqtəsini AZAD ETDİ

Suriya hökumət qüvvələri  İŞİD-in ölkədəki son dayaq nöqtəsini nəzarət altına alıb.
Muxalifət.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusunun komandiri bildirib.
Onun sözlərinə görə, hərbçilər Deyr-əz-Zor əyalətinin şərqində yerləşən  Əl-Bukəmal şəhərini tam azad ediblər.
Terrorçuların qoyub qaçdığı silahlar ələ keçirilib. Hazırda ərazilərin minadan təmizlənməsi işləri aparılır.