Suriya ordusu Fərat çayını keçdi – HÜCUM

Suriya ordusu Deyr əz-Zorun şərqindəki Fərat çayını keçərək şəhərin şimal hissələrində əməliyyatlara başlayıb.

Muxalifət.az xəbər verir ki, ordu İŞİD terrorçularını bir neçə saat içində bəzi kəndlərdən çıxarıb. Əməliyyat nəticəsində 10-dan çox İŞİD-çi əsir alınıb, bir neçəsi məhv edilib. İŞİD-ə məxsus silah-sursat daşıyan avtomobil zərərsizləşdirilib.