Suriya nefti rəsmi olaraq İsrailə verildi - ABŞ MƏQSƏDİNƏ ÇATDI

Baxış sayı:
20650

ABŞ-ın dəstəyi ilə Suriyanın neft yataqlarını işğal edən PKK/YPG yataqların istismarına aid bütün hüquqları Global Development Corporation, GDC kompaniyasına verib. Razılaşmaya əsasən İsrail şirkəti yataqları istismar edərək hasil olunan nefti satacaq.
Muxalifet.az 
bu barədə "Yeni Şafak" nəşrinə istinadla xəbər verir.
2015-ci ildən 2017-ci ilə qədər PKK Raqqada, Hasekedə və Deyr əz-Zorda yüzlərlə neft quyusunu ələ keçirdi. Quyularda istədiyi gəliri əldə edə bilməyincə, terror təşkilatı 2019-cu ilin əvvəlində İsrailli iş adamı Mordechai Khana ilə kontrakt bağladı. Terror təşkilatı adından müqaviləni İlham Əhməd imzaladı. Təşkilatın İsrail şirkətinin rəhbərliyinə göndərdiyi məktubda neft satışının ABŞ Maliyyə Nazirliyi tərəfindən təsdiqlənməli olduğu bildirilir.
Beləliklə PKK /SDG terror təşkilatı ilə İsrail arasındakı yaxın əlaqələrin təfərrüatları indi üzə çıxır. Türkiyə“Sülh mənbəyi” əməliyyatına başlayan zaman İsrail ABŞ-da antitürk təbliğat maşınını işə saldı, lobbi təşkilatlarını ayağa qaldırdı. Aydın olur ki, buna səbəb terror təşkilatının işğal etdiyi neft quyularını istismar etmək və neft satmaq hüququnu İsrailli iş adamına, dolayısı ilə İsrailə verməsi imiş. 

İsrailə tam səlahiyyət verilib

PKK terror təşkilatı Raqqa, Haseke və Deyr əz-Zor bölgəsindəki 11 neft və qaz bölgəsini işğal edib. Rumeylan, Əs-Suveydə, Kebeybe, Merkede, Tişrin, Əl-Cebse, Şedadi, Əl Ömər, Əl Tanaka, Koniko, Əl Cefre və Deyrodakı yüzlərlə neft quyusu 2015-ci ildən 2017-ci ilə qədər fərqli dövrlərdə terror təşkilatı tərəfindən nəzarətə götürüldü. Ancaq PKK burada yerləşən quyuları effektiv şəkildə istismar edə bilmədi. 2019-cu ilin əvvəlində maksimum neft hasilatını təmin etmək üçün İsrail iş adamı Mordecai Khanaya müraciət etdi.

PKK yazılı zəmanət verdi

İsrail şirkəti ilə kontrakt bağlayan PKK / SDG terror təşkilatının qondarma "xaricdəki nümayəndəsi" İlham Əhməd ona yazılı zəmanət verdi. Təşkilatın məktubunda deyilir: "Cənab Khana, bu sənəd –  şirkətinizin (GDC) sahib olduğu neft yataqlarının istismarı, satışı ilə bağlı bütün məsələlərdə SDQ-ni təmsil etmək hüququnun verilməsinə rəsmi razılıqdır. Bundan əlavə, nəzarət etdiyimiz bütün ərazilərdə neft kəşf etmək, istismar etmək hüququnu da sizə veririk. "

Hər şey ABŞ-ın nəzarəti altındadır

Bu sənəddə daha bir detal diqqət çəkir. "SDQ tərəfindən neft satılması ilə bağlı bütün məsələlər ABŞ Maliyyə Nazirliyi tərəfindən həmişə təsdiqlənməlidir", deyə məktubda vurğulanır.

İstehsal 400 min barelə çatacaq

Sənəddə, həmçinin YPG-nin işğal etdiyi ərazilərdəki  neft yataqları barədə ətraflı məlumat verilir: “Hesablamalarımıza görə, xam neft hasilatı gündə 400 min barelə çata bilər. Hazırki istehsal gücü gündəlik 125 min bareldir. Metr tonun (yeddi barelə bərabər) qiyməti 160-240 dollardır. Beləliklə, bir barelin qiyməti 22-35 dollardır. " Bu ilin iyun ayından etibarən İsrail şirkəti faktiki 11 neft yatağında işləməyə başlayıb.

11 neft rayonu

2019-cu ilin iyul ayında İsrailli biznesmen Mordechai Khana, “İsrael Hayom» qəzetinə verdiyi müsahibədə razılaşmanı təsdiqləyib və bildirib ki, ABŞ prezidenti Trampın da bu məsələni təqdir etməsi – xeyir-dua verməsi gözlənilir. Khana belə qeyd edib: “Mənim yeganə məqsədim Suriyanın azad və demokratik bir ölkə kimi İsrail ilə yaxşı qonşuluq şəraitində yaşamasıdır. Hal - hazırda "SDQ" 11 neft bölgəsinə nəzarət edir. Bu bölgədə Suriya neftinin çox hissəsi var. İstəməzdik ki, bu neft İranın ya Əsəd rejiminın əlinə keçsin. Tramp rəhbərliyi bu razılaşmaya “yaşıl işıq” yandıranda biz bu qiymətli məhsulu ədalətli qiymətlərlə ixrac etməyə başlayacağıq və bunu demokratik Suriyanı qurmaq və müdafiə etmək  üçün istifadə edəcəyik. "
PKK-İsrailin əlbir olduğunu xəbər verən Los Angeles Times qəzetinin verdiyi məlumata görə də, İsrail iş adamı Mordechai Khana bəyan edib ki, şirkəti kürd administrasiyasının neft satışı üzrə nümayəndəsidir. Məlumatda qeyd olunub ki, "kürd səlahiyyətlisi" adlandırılan Jia Kurd bu İsrail şirkəti ilə danışıqlar aparır.
Muxalifet.az