Suriya müxalifəti QƏRAR VERDİ: ƏSƏD GETMƏLİDİR!

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda toplanan 140 Suriya Müxalifət Qrupu Cenevrə danışıqlarına 50 üzvlü tək bir heyət halında qatılacağına qərar verib.
 
Toplantı sonunda imzalanan yekun bəyannamədə Suriyanın ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunub. Bundan başqa, Bəşər Əsədin siyasi keçid prosesinin əvvəlində vəzifədən getməsi xüsusi vurğulanıb.
Suriya Müxaliflərinin sözçüsü Firas əl Halı toplantıdan sonra mətbuata məsələ ilə bağlı bunları deyib:
"Moskva platforması bu tələb üzərinə tərəddüdünü dilə gətirsə də iştirakçılar Bəşər Əsəd və rejiminin getməsinin önəmini qeyd edib."
Halbuki Türkiyə-Rusiya-İran üçlüyünün qəbul etdiyi Soçi bəyannaməsində Əsədin hakimiyyətdən getməsi ilə bağlı heç bir qeyd yoxdur.  Bu da Suriyanın gələcəyi ilə bağlı siyasi çözüm məsələsinin o qədər də rəvan getməyəcəyinin göstəricisi sayıla bilər.
Müxalifət.az