Suriya Müharibəsinin DƏRSLƏRİ - Kim UDUZDU, Kim UDDU...- Təhlil

Baxış sayı:
2740

https://inosmi.ru/ Bildiyimiz kimi, oktyabrın əvvəlində Türkiyə Suriyanın şimalında hərbi əməliyyat keçirdi, məqsəd "təhlükəsizlik zonası" yaratmaq idi. Bu yolla Türkiyə ölkəni kürd terrorçularından müdafiə etmək istəyir. Suriya münaqişəsində iştirakçısı digər dövlətlərdən də bu hərbi əməliyyata çox reaksiya gəldi. Tükiyə ilə ABŞ, ilk növbədə isə Rusiya danışıqlara başladı və “Qərb analitiklərinin fikrincə - vəziyyətin Qərb üçün təhlükəli inkişafının və münaqişənin kəskinləşmə riskinin qarşısı alındı. Oktyabrın 17-də Türkiyə ilə ABŞ arasında memorandum, 22 oktyabrda Rusiya ilə Türkiyə arasında Dəməşqin Suriya üzərində suverenliyini bərpa etdiyini təsdiqləyən Soçi sazişi imzalandı. Situasiyanın təzyiqi altında son vaxtlara qədər ABŞ-ın himayəsi altında müstəqillik dövlət əldə edəcəklərini hesab edən Suriya kürdləri də bunu qəbul etdilər. Bəşər Əsədin Suriya müharibəsində qalib gəlməsi İŞİD-inəğlub olduğu vaxtdan bəri aydın idi. Bunun bölgədəki digər qüvvələr tərəfindən tanınması yalnız vaxt məsələsi idi. Türkiyə bu həqiqəti uzun müddət tanımaqdan imtina etdi, ancaq "Sülh mənbəyi" əməliyyatı Suriyanın suverenliyinin və ərazi bütövlüyünün təsdiqlənməsinə səbəb oldu. Eyni zamanda, AB ölkələri oyundan kənarda qaldılar və indi ABŞ-la birlikdə vəziyyətdən bir neçə dərs çıxara bilərlər. Müharibəni başlamaq asandır və başa çatdırmaq asan deyil Suriya böhranının 1-ci əsas dərsi: müharibəyə girməzdən əvvəl diqqətlə götür-qoy etmək lazımdır. Suriya münaqişəsi göstərdi ki, hərbi müdaxiləyə tez başlamaq olar. Ancaq müharibəni uğurla bitirmək çətindir: həmişə müdaxilənin tamamlanmasını çətinləşdirən bir çox maneələr var. Bundan əlavə, Qərbli müdaxiləçilər beynəlxalq hüquq mandatı olmadan Yaxın Şərqin işğal olunmuş ərazilərində yerləşirlər və Suriya hökumətinin etirazlarına baxmırlar. Heç bir şəkildə ölkə rəhbərliyi ilə razılaşmaq istəmədikləri üçün mərkəzi hökumətə tabe olmayan və Suriyanın ərazi suverenliyinə xələl gətirən qruplarla işbirliyi edirlər. Söhbət əsasən kürd "özünümüdafiə qüvvələri"ndən gedir (YPG) Bu, ilk belə hadisə deyil və qərb dövlətlərinin hərbi qüvvələri digər dövlətlərə müdaxilələr zamanı da, xüsusən Əfqanıstan və İraqda eyni cür hərəkət etdilər. ABŞ və müttəfiqləri bu ölkələrdə asan qələbə və Qərblə yaxın əməkdaşlığa hazır olan daha loyal rejim hakimiyyətə gətirəcəklərinə ümid edərək tələsik müharibəyə girdilər. Əvvəlcə Əfqanıstandakı və İraqdakı müharibələrdə asanlıqla qələbə əldə edilməsinə baxmayaraq, Vaşinqtonun istəyi ilə hakimiyyətə gələn hökumətlər xalqdan gözlənilən dəstəyi ala bilmədilər və hər şeydə Qərbin köməyindən asılı vəziyyətə düşdülər, yəni qısaca “vəziyyəti ələ ala bilmədilər”. Buna görə ABŞ hərbi kontingenti hələ də bu ölkələrdədir. Vaşinqton bir neçə dəfə Əfqanıstan və İraqdan qoşunların çıxarılacağını elan etsə də, bu günə qədər də bunu edə bilmir. Hər dəfə KİV, “nüfuzlu siyasətçilər” və hərbi müdaxilənin digər tərəfdarları hər hansı bir güzəşti “zəiflik” və ya hətta demokratik dəyərlərə “xəyanət” adlandıraraq etiraz edirlər. Diqqət edin, ABŞ ordusunun Suriyadan çıxarılması gündəmə gələndə, qərb KİV-ləri bunu tənqid atəşinə tutaraq, “xəyanət”adlandırdılar. Baş verənlərin ağ – qara portretini yaratdılar və prezident Bəşər Əsəd, Səddam Hüseyn və ya Muammer Qəddafi kimi yeni "Hitler" adlandırıldı. Belə şəraitdə, Qərb qoşunlarının sadəcə işğal olunmuş ərazilərdə heç bir əlaqəsi olmadığı fikri onların yolunu bağlayır. Türkiyənin məlum hərbi əməliyyatından sonra Donald Trump, Suriyadan qoşunları çıxaracağını vəd etsə də, qoşunlar oranı tərk etməyəcəklər. İndi Amerika qüvvələri sərhədyanı bölgələrdən geri çəkildi, lakin ordunun bir hissəsi hələ də Suriyadadır və ölkənin şimal-şərqindəki neft yataqlarını “qoruyur”. ABŞ-ın bölgədəki hərbi mövcudluğunun məhdudlaşdırılması məqsədəuyğundur, çünki hərbi müdaxilələrə görə Birləşmiş Ştatlar bölgənin bir sıra ölkələrində “bataqlığa düşür” və vəsait xərcləyir. Doğrudur, Suriyada Amerikalılar “kürd əlaltılarını taleyin ümidinə” buraxdılar və əməliyyat başladıqdan sonra yeni bir müttəfiq axtarmalı oldular. Buna görə ABŞ-ın ayrılma qərarından sonra kürdlər tez bir zamanda razılığa gəlmək təklifi ilə Dəməşqə müraciət etdilər. Beləliklə, kürdlər “ölümcül səhvə yol verərək” Suriyadakı güclərin siyasətinin qurbanı oldular: ABŞ-ın himayəsi altında həqiqi müstəqillik əldə edəcəklərinə “inanıb aldandılar”. İndi “müstəqilliyin” əvəzinə kürdlər Suriyanın suverenliyini tanımalı oldular. Bu hücum onları mənfi nəticələrdən xilas etdi və real vəziyyəti dərk etməyə məcbur etdi. Güzəştə ehtiyac İndi göründüyü kimi, Türkiyənin Suriyaya hərbi müdaxiləsi tamamilə uğurlu kompromislə başa çatacaq. Rusiya, münaqişənin bütün tərəfləri üçün məqbul bir həll variantı təkliff etdi. 22 oktyabrda Soçidə prezident Ərdoğanla danışıqlardan sonra Vladimir Putin kürd qoşunlarının sərhəd bölgələrini bir həftə ərzində tərk etmək planını masaya qoydu. Moskva, 30 km əvəzinə sərhəddən 10 kilometr məsafəlik bölgədə türk qüvvələri ilə ortaq patrullar təşkil etmək təklifi verdi. Türkiyə Suriyanın ərazi bütövlüyü və suverenliyi prinsipinə riayət edəcəyinə söz verdi. Bu, yolla Moskva özünü Yaxın Şərqdə hərbi münaqişələrə təsirli həll yolları təklif edə biləcək bir güc kim göstərməyi bacardı. Tənqidlərə baxmayaraq, ABŞ-ın Suriya ərazisinin heç olmasa bir hissəsindən geri çəkilməsi müsbət bir addım idi, çünki Amerikanın iştirakı münaqişənin dinc yolla həllini çətinləşdirdi. Bununla belə, dinc kompromis üçün digər mühüm şərt vasitəçilərin bölgədəki bütün “sözükeçən, nüfuzlu” qüvvələrlə razılığa gələ bilməsi idi. ABŞ bunu edə bilməzdi, çünki onlar ilə nüfuzlu qruplar arasında dərin inamsızlıq var və bu kompromisə mane olur. Qərblə Suriya hökuməti arasındakı dərin inamsızlığı heç qeyd etməyə dəyməz. İran və Rusiyanın da ABŞ və Qərb dövlətləri ilə yaxşı münasibəti alınmadı. Son dövrdə Türkiyə ilə Qərbin arası də soyuq idi. ABŞ və AB-nin BMT mandatı olmadan qəbul etdiyi sanksiyalar xüsusi etimaszılıq yaratmışdı. Çünki, sanksiyalar ölkələrdə rejimlərin dəyişdirilməsi vasitəsi kimi özünü doğrultmadı, ancaq rasional dialoqa mane oldu. Sanksiyalar altında yaşayan ölkələrin həqiqi güzəştə getməsi çətindir, çünki onlar güzəşti "zəiflik" kimi qəbul edirlər. Amerika Birləşmiş Ştatları daha çətin vəziyyətə düşdü, çünki ölkə öz aralarında rəqabət aparan dövlətlərlə müttəfiqdir. Bir tərəfdən Suriyadakı müharibə zamanı kürdləri dəstəklədi, başqa tərəfdən isə bölgədə kürd dövlətinin yaranmasını istəməyən digər müttəfiqlərinə, o cümlədən İraqı nəzərə almağa məcbur oldu. Bu, o vaxt daha aydın göründü ki, 2017-ci ildə İraqın şimalında qondarma "Kürd dövləti" elan edildi, lakin, nə ABŞ, nə də AB ölkələri tərəfindən tanınmadı. ABŞ NATO üzvü olan bir ölkə olaraq Türkiyə ilə “vivendi moeli” tətbiq etməyə məcburdur. Türkiyə ABŞ-ın İncirlikdəki bazasına, Rusiyaya “tuşlanmış” ABŞ nüvə silahlarına ev sahibliyi edir. Buna görə də Vaşinqton riskə getmək və Ankara ilə aranı pisləşdirmək istəmir. Türkiyə ilə Qərb ölkələri arasındakı anlaşılmazlıqlar da NATO-ya etimadı zəiflədir. Suriyada baş verənlərdən Türkiyə çox incidi və müttəfiqlərdən dəfələrlə ona "həmrəylik" göstərməsini istədi. Bundan əlavə, Suriyadan gələn miqrant dalğaları, xüsusən çətin iqtisadi vəziyyətdə olan Türkiyə üçün böyük problemdir. Avropa Birliyi dövlətləri Türkiyəyə miqrant böhranının öhdəsindən gəlmək üçün maddi cəhətdən kömək edirlər, amma bu yardımlar azdır. Ankara uzun müddət NATO müttəfiqlərinin ona münasibətindən məyus oldu, çünki onun fikrincə, "müttəfiqlər" Türkiyənin maraqlarına məhəl qoymurlar. İran, Türkiyə kimi, ABŞ-la Suriya məsələsində dialoqda hazır deyil, çünki son zamanlarda Vaşinqton İranla nüvə sazişindən çıxdı və qarşılıqlı etimada zərbə vurdu. Ancaq İranın Rusiya və Türkiyə ilə Suriyaya dair Astana sammitində iştirakı,İranın, Qərblə də danışıqlarda çəkisini artırır. Avropanın rolu Avropa siyasətçilərinin Suriyanın şimal-şərqində NATO-nun iştirakı ilə "təhlükəsizlik zonası" yaratmaq barədə səsləndirdiyi son fikir çox uğursuz görünür. Bu fikrin əsas dəstəkçisi Almaniyadır. Əlbəttə, Avropa Suriyada “hərbi güc” istifadə etmədən münaqişədə daha fəal iştirak etməli idi. Xeyr, daha doğrusu, AB ölkələri Suriya hökumətinə sanksiya siyasətinə yenidən baxmalıdır, çünki Suriya Bəşər Əsədin “əlinin altında” yenidən birləşir və Avropa qüvvələrini ölkə rəhbərinin razılığı olmadan oraya yerləşdirmək çağırışı sözün əsl mənasında təxribatdır. Suriya ilə rasional kompromisə gəlmək olar, çünki Suriya rəhbərliyi AB ilə ölkənin yenidən qurulması prosesində əməkdaşlıqda maraqlıdır. Bununla belə, Brüssel sanksiya siyasətində israr etsə, özünü Suriyanın iqtisadi bərpası prosesindən kənarlaşdıracaq və burada da əsas rolu Rusiya və Çin öz üzərinə götürəcəkdir. Avropa Suriya hakimiyyəti ilə, o cümlədən Yaxın Şərqdən gələn yeni miqrasiya dalğaları təhlükəsinə qarşı fəal şəkildə əməkdaşlıq etməlidir. Müharibə əsnasında Suriya hökuməti bir neçə cinayət etdi, lakin eyni sözləri Suriya münaqişəsinin digər tərəfləri və Yaxın Şərqdəki müharibələrin digər iştirakçıları haqqında da demək olar. ABŞ və onun Avropa müttəfiqləri günahsız deyillər. Suriyaya qarşı əvvəlki Avropa siyasətinin uğursuz olduğunu açıq şəkildə etiraf etmək və mübahisəli məsələlərdə “söz haqqı olanlarla” razılaşmaq lazımdır. Rusiya, Türkiyə, Suriya və kürdlərin bu durumdan çıxmaq üçün razılığa gəldikləri bir vaxtda Avropanın “kürdlər üçün təhlükəsizlik zonası yaradılması"nda iştirakı haqqında danışmaq mənasızdır. Hərbi iştirak planlaşdırmağın əvəzinə Suriyanın siyasi və iqtisadi baxımdan yenidən qurulmasına diqqət yetirilməlidir. Avropa beynəlxalq hüquq sisteminin Yaxın Şərqə qayıtmasına çalışmalıdır, çünki avropalılar Suriyadakı hərbi əməliyyatlardan çox BMT qurumlarında güclüdürlər. Suriyadakı proseslərdə iştirak etmək üçün “yeganə şərt” Dəməşqlə diplomatik əlaqələrin bərpasıdır, məsələn Macarıstan sentyabr ayında belə bir cəhd etdi. Ancaq dəstək əvəzinə Suriyanın və bütün Yaxın Şərqin problemlərini həll etmək üçün öz müsbət strategiyası olmayan bəzi Qərb güclərinin müqaviməti ilə qarşılaşdı. Onlarsa uzun müddət reallığa məhəl qoymamağı bacarmayacaqlar. Hazırladı: Şükürova Ülviyyə, Muxalifet.az