Suriya əməliyyatına Rusiyadan ÇOX SƏRT REAKSİYA

Baxış sayı:
5968

ABŞ, Böyük Britaniya və Fransanın Dumadaki kimyəvi hücum sonrası Suriyaya qarşı başladığı əməliyyata Rusiyadan ard-arda sərt təpkilər gəlib. Rusiyanın ABŞ-dakı səfiri Antanov verdiyi bəyanatda “Suriyaya olunan hücum nəticəsiz qalmayacaq” deyib.
 
Rusiyanın ABŞ-dakı səfiri Antonov verdiyi yazılı açıqlamada, bu gecə keçirilən hava əməliyyatını nəzərdə tutaraq “Bu cür aksiyalar nəticəsiz qalmayacaq” deyib.
Antanovun açıqlamasında bu sətirlər yer alıb: "Ən böyük narahatçılıqlar gerçəyə döndü. Çağırışlarımız nəzərə alınmadı. Öncədən hazırlanmış bir ssenari oynanıldı. Bir daha təhdid olunmuşuq. Bu hərəkətlərin cavabsız qalmayacağını söyləmişdik. Rusya dövlət başçısının alçaldılması yolverilməzdir".
 
TƏCAVÜZKARLIQ AKTI
 
Digər tərəfdən, Rusiya parlamentinin alt qanadı Dumanın Müdafiə Komitəsinin sədri Aleksandr Şerin də, "ABŞ Suriyaya qarşı hücumlar təşkil edərək bütün beynəlxalq normaları pozur və Rusiya bunu təcavüz aktı kimi görür" açıqlamasını verib.
Şerin, "ABŞ prezidenti Tramp yalnız dünya miqyaslı bir günahkar deyil, ikinci bir Adolf Hitlerdir. Bu, ikinci Belqrad hadisəsidir. Bu dönüş nöqtəsidir, suveren bir dövlətə qarşı müharibə elanıdır" deyib.
Müxalifət.az