​Suriya Lavrov-Kerri razılaşmasını dəstəklədi - HƏRBİ ƏMƏLİYYATLAR DAYANIR

Suriya rəhbərliyi Rusiya və ABŞ XİN rəhbərləri Sergey Lavrov və Con Kerrinin əldə etdikləri ölkə ərazisində atəşkəs rejiminin tətbiqinə dair sazişi dəstəkləyib.
APA-nın verdiyi xəbərə görə, qərar humanitar yardımın təmin olunması məqsədi ilə qəbul edilib.
Razılaşmaya əsasən, Suriyada hərbi əməliyyatlar sentyabrın 12-dən etibarən dayandırılmalıdır.