Suriya kürdləri Türkiyəyə qarşı Bəşər Əsədlə BİRLƏŞDİ

Baxış sayı:
634

Suriya hakimiyyəti və kürdlərdən ibarət “Suriya Demokratik Qüvvələri” (SDF) arasında razılaşma əldə olunub.
Razılaşmaya əsasən, Əsəd qüvvələri kürdlərin nəzarət etdiyi ərazilərə daxil olaraq, onları Türkiyə ordusundan qoruyacaq.
Yaxın saatlar ərzində Suriya ordusu Ət-Tabka şəhərini, Tabka su anbarını və ətraf əraziləri nəzarətə götürəcək. Bundan başqa, Kobani şəhəri də rəsmi Dəməşq tərəfindən ələ alınacaq.
Kürdlərlə Əsəd arasında razılaşmaya əsasən, silahlı dəstələr rəsmən Suriya bayraqlarından istifadə edəcək. Ağır silahlara nəzarət də Əsəd qüvvələrinin nəzarəti altında olacaq. Kürdlərin nəzarət etdiyi bütün şəhərlərdə polis rəsmi dövlət stukturlarının tərkibinə daxil ediləcək.//modern.az