​Suriya İsraili BMT-yə şikayət etdi: Qarşısını al!

Baxış sayı:
2158

Suriya Xarici İşlər Nazirliyi İsrail raketlərinin Dəməşq ətrafına zərbələrinə görə BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasına məktub göndərib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik yayıb. Məlumata görə, nazirlik məktubda İsrailin ABŞ-ın qorumasından istifadə etdiyini bildirib:
"Bu xain hücumlar Suriyadakı böhranı və terrorçulara qarşı aparılan mübarizəni uzatmaq və öz agentləri olaraq fəaliyyət göstərən terrorçu qrupların yerdə qalanının əhvalını yüksəltmək cəhdləri çərçivəsində reallaşıb. Həmçinin bu hücum İsrail hakimiyyətinin artan daxili problemlərin həllindən qaçmağa yönəlik bir hərəkətdir".
BMT-dən İsrail hücumlarının qarşısının alınması tələb edilib.