​“Suriya İŞİD terrorçularından tam azad edilib” — Rus generaldan bəyanat

Baxış sayı:
5088

Suriya ərazisi tamamilə İŞİD terror təşkilatının trerrorçularından təmizlənib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeriy Qerasimov bildirib. Onun sözlərinə görə, Suriyanın Rəqqa və Deyr-əz-Zor əraziləri də daxil olmaqla, terrorçulaırn gizləndiyi məntəqələr tamamilə boşaldılıb.
“İŞİD-ın Suriyada bütün dəstələri məhv edilib. Ölkə ərazisi terrorçulardan tamam təmizlənib. Suriyada terrorçulara qarşı keçirilən əməliyyatlarda əsas rolu Rusiya hərbçiləri oynayıb. ABŞ və onun rəhbərlik etdiyi koalisiya bu istiqamətdə demək olar ki, çox az iş görüb. Koalisiya 11 ay ərzində təkcə Rəqqa şəhərindəki əməliyyatlarda iştirak edib. Ölkənin 90 faizi rusiyalı hərbçilər tərəfindən azad edilib”, - deyə Valeriy Qerasimov bildirib.
Qeyd edək ki, Rusiya Suriyada İŞİD-ə qarşı əməliyyatlara 2015-ci ildə qoşulub.