Suriya ilə sərhəddə YPG terrorçuları yaxalandı

Baxış sayı:
4510

Suriyanın Rasulayn rayonundan Türkiyədəki Şanlıurfanın Ceylanpınar rayonuna keçmək istəyən PKK / YPG-li üç terrorist həbs olunub.
 
Əldə edilən məlumata görə, Suriya sərhəddindən Ceylanpınar rayonuna girmək istəyən və silahsız olduqları təsbit edilən PKK/YPG üzvü 3 terrorçu Türkiyə jandarması tərəfindən tutulub. Rayondakı jandarma tərəfindən sorğuya alınan terrorçular sonra məhkəməyə sövq edilib. İstintaq davam edir.
Müxalifət.az