​Suriya ilə bağlı Rusiyanın gizli gündəmi... - Ryabkov

Baxış sayı:
6547

Rusiyanın Suriya böhranı ilə bağlı gizli gündəmi yoxdur.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib.
"Suriyada qarşıdurmaları sona çatdırmaq üçün ABŞ-la dialoqumuzu davam etdiririk. AB ölkələri də daxil olmaqla, digər ölkələrlə də məlumatlarımızı və mövqeyimizi bölüşəcəyik. Biz son dərəcə şəffaf siyasət yürüdürük. Türkiyə və İran da eyni şəkildə mövqeyini nümayiş etdirir", - Ryabkov qeyd edib.