Suriya hökuməti Türkməndağına hücumlara başlayıb

Baxış sayı:
1747

Muxalifet.az xəbər verir ki, Suriya hökuməti və onu dəstəkləyən qüvvələr ölkənin şimal-qərbindəki Lazkiyə rayonunda yerləşən Türkməndağına hücuma keçiblər.
Hökumət qüvvələri ölkənin cənubundakı Dera və Kuneytra rayonlarında nəzarəti təmin elədikdən sonra lazkiyəli türkmənlərin yaşadığı Türkməndağına hücum eləmək üçün hərəkətə keçib. Bu ərazilər Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarəti altındadır.
“Anadolu Agentliyi”nin İdlibdəki müxbirinin bildirdiyinə görə, hökumət qüvvələrinin topçu dəstələri “gərginliyi azaltma bölgəsi”nin sərhədləri daxilindəki Türkməndağını almaq üçün dünən gecə müxalifətçilərin cəbhə xəttinə güclü hücumlar ediblər.

Türkməndağındakı son vəziyyət

2015-ci ilin son aylarında Suriya hökuməti Rusiyanın havadan dəstəyi, daha doğrusu bombardmanı sayəsində Türkməndağının 85 faizini almışdı. Bölgədə yaşayan 20 min nəfərə yaxın türkmən və ərəb bombardmanlardan yaxa qurtarmaq üçün Türkiyəyə köçməyə məcbur olmuşdu.
Türkməndağındakı Çümeren, Kelez, İsapınarı, Sallur, Yamadı, Karamanlı kəndləri ilə Zeytincik, Ciptoroz, Kalaba fermaları müxalifətçilərin əlindədir.
Lazkiye rayonunun şimalındakı Türkməndağı, Astana prosesinin təminatçıları Türkiyə, İran və Rusiyanın 2017-ci ilin may ayında yaratdıqları, İdlib və qonşu rayonlarda silahlı toqquşmaların çox olduğu sahələri əhatə edən gərginliyin azaldılması bölgəsinə daxildir.