“Suriya dövlətçiliyi bərpa olunur, ölkə tədricən dinc həyata qayıdır” - PUTİN

Baxış sayı:
1992

Rusiya Prezidenti Vladimir Putin Almaniyanın Federal Kansleri Angela Merkeli Suriyaya bir müddət əvvəl baş tutmuş səfəri və prezident Bəşər Əsədlə danışıqları barədə məlumatlandırıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremldə Almaniyanın Federal Kansleri Angela Merkellə danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Əminliklə ifadə etmək olar ki, Suriyada vəziyyət stabilləşir, ölkə tədricən dinc həyata qayıdır, Suriya dövlətçiliyi bərpa olunur. Rusiya və Almaniya Suriyadakı münaqişənin istisnasız olaraq siyasi vasitələrlə, BMT TŞ-nin 2254 saylı qətnaməsinə müvafiq həll oluna biləcyi fikrini bölüşürlər. Başlıca məsələ odur ki, Suriya xalqının azad və sərbəst şəkildə öz gələcəyini, ölkəsinin gələcəyini müəyyən etmək imkanı olsun”.
Putin Almaniya lideri ilə Suriyanın münaqişədən sonrakı dirçəlişi, ölkədə humanitar vəziyyətin yaxşılaşması və qaçqınların təhlükəsiz şəraitdə geri qayıtması məsələlərini də müzakirə etdiklərini bildirib: “Suriyaya hər cür yardım heç bir ilkin şərt və siyasiləşdirilmə olmadan bu ölkənin qanuni hakimiyyəti ilə razılaşdırılmalıdır”.