​Suriya böyük savaşa hazırlaşır, Rusiyanın bu təlimi... - Maqsud

Baxış sayı:
7471

Rusiyanın bu təlimi Suriyaya düşmənlərinə qarşı mübarizədə dəstək olacaq.
Muxalifet.az xəbər verir ki, bunu suriyakı general-mayor Əli Maqsud bildirib.
"Hazırda Suriya ordusu müttəfiqlərin dəstəyi ilə Suriyanın cənubunda terrorçulara qarşı hücum edir və İdlib bölgəsində böyük savaşa hazırlaşır. Əlbəttə, bu, terrorçuların və himayədarların xoşuna gəlmir. Onlar hökumət ordusunun irəliləyişini dayandırmaq üçün mümkün olan hər şeyi edəcək. Qərb ölkələri Suriyaya hücum hazırlıqları görür. Bu şəraitdə Rusiyanın Aralıq dənizindəki təliminin əsl məqsədi təxribata qarşı hazırlıqdır", - Maqsud qeyd edib.