​Suriya böhranının kökündən həllində... - İran XİN

Baxış sayı:
6496

Tehranda təşkil ediləcək üçtərəfli sammit Suriya böhranının kökündən həlli və regiondan kənar qüvvələrə qarşı müqavimət üçün önəmli fürsətdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyini sözçüsü Bəhram Qasımi deyib.
O həmçinin bildirib ki, bu zirvə çoxtərəfli əməkdaşlığa zəmin hazırlanması baxımından da olduqca böyük önəmə sahibdir.
Qeyd edək ki, Rusiya, Türkiyə və İran prezidentlərinin iştirakı ilə sentyabrın 7-də Tehranda Suriya sammiti baş tutacaq.